Kirilo Petrov: "Yaxşı qollar vurduq"

"Yaxşı oyun alındı. Baş məşqçimizin bizdən tələb etdiyini həyata keçirə bildik".
 
Newsport.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Kirilo Petrov Bosniya və Herseqovina "Çelik"ini 4:1 hesabı ilə yendikləri yoxlama oyunu barədə danışarkən deyib. 
 
Flaqmanı meydana kapitan kimi çıxaran ukraynalı müdafiəçi bildirib ki, məşqlərdə üzərində işlədikləri sxemi oyunda reallaşdırmağa çalışıblar: "Bir neçə dəfə istədiyimiz alındı və yaxşı qollar vurduq. Bütün komandanı təbrik edirəm. Hazırlığı davam etdirmək lazımdır”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right