"Keşlə"də 2 yeni legioner - biri baxışa, digəri müqaviləyə gəlib

Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə"nin düşərgəsinə yeni futbolçu gəlib.

Newsport.az-ın xəbərinə görə, braziliyalı hücumçu Eduardo da Konseysau paytaxt təmsilçisində baxışdadır. Yuri Maksimov toplanış dövründə keçirəcəkləri yoxlama oyunlarında bir vaxtlar AZAL (indiki "Şüvəlan") və "Zirə"nin formasını geyinmiş 31 yaşlı futbolçunun nəyə qadir olduğunu görəcək.

Bundan başqa, "Keşlə"nin anlaşdığı serbiyalı yarımmüdafiəçi Miloş Bosançiç də artıq komandanın düşərgəsindədir. Onunla yaxın günlərdə rəsmi müqavilə bağlanacaq.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right