Arazın "Panionios"a keçəcəyi dəqiqləşdi - "Qəbələ"dən açıqlama

"Qəbələ"nin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını yenidən Yunanıstanda davam etdirməyə yaxındır.

Newsport.az-ın məlumatına görəbu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə bir müddətdir "Panionios"la davam edən danışıqlar yekunlaşmaq üzrədir:

"Əgər bir problem olmasa, 1-2 günə Arazın yunan klubuna keçidi gerçəkləşəcək. Demək olar ki, hər şey hazırdır. Bir-iki məsələ qalıb ki, o da yaxın günlərdə həllini tapacaq. "Panionios" Arazı icarəyə götürməyəcək, onu birdəfəlik transfer edəcək".

S. Səfiyarlı heyətə qatmaq istədikləri futbolçularla isə danışıqların davam etdiyini bildirib: "Bir-neçə futbolçu ilə danışıq aparırıq. Hələlik dəqiq bir şey yoxdur. Ancaq Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Proqres"lə oyununa kimi daha bir hücumçu transfer edə bilərik".

Qeyd edək ki, mövsümün sonunda Dion Malon, Filip Ozobiç, Baqali Dabo, Ruslan Qurbanov, Elvin Məmmədov, Vitali Vernidubla vidalaşan "Qəbələ" Albaniyanın "Skenderbeu" klubundan Sabien Lilay və Ceyms Adeniyini heyətinə qatıb.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right