“Qəbələ”nin Sloveniyada 12-ci günü

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını Sloveniyada davam etdirir. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qırmızı-qaralar” bu ölkədə təşkil olunan təlim-məşq toplanışının 12-ci gününü arxada qoyub. 

Komanda günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında gerçəkləşən məşq prosesi fiziki və toplu çalışmalardan ibarət olub. 

Ardınca futbolçular ikitərəfli oyun keçirib. Zədəyə görə komandaya iyunun 27-dən qoşulan Cavid Hüseynov bərpa xarakterli çalışmaları davam etdirib. Yarımmüdafiəçi topsuz, fərdi fiziki çalışmaları yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right