"Sabah" qalib gəldi

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, Premyer Liqanın debütantı öz əvəzediciləri ilə qarşılaşıb. Görüş əsas komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində qollara Elgün Nəbiyev və Famil Camalov imza atıblar.

Qeyd edək ki, “Sabah” növbəti yoxlama oyununu iyulun 7-də “Səbail”ə qarşı keçirəcək. Qarşılaşma “Bayıl Arena”da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right