"Neftçi" üçün Bosniya və Herseqovina klubu

"Neftçi”nin Türkiyədə təlim-məşq toplanışı çərçivəsində iyulun 2-də keçirəcəyi yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, komanda həmin gün Bosniya və Herseqovinanın "Çelik” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub etmiş "Neftçi”nin iyulun 5-dəki rəqibi "Politexnika” (Rumıniya) olacaq.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right