“Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik” - "Neftçi"nin futbolçusu

“Çox xoşbəxtəm ki, "Neftçi” ilə yeni müqavilə imzaladım. Çünki "Neftçi” kimi klubun şərəfini qorumaq hər futbolçunun arzusudu və çox qürurvericidi".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Rəhman Hacıyev deyib. 

Millimizin yarımmüdafiəçisi müqaviləsinin müddətinin artırılmasına münasibət bildirib: "Mənə etimad göstərdiklərinə görə klub rəhbərliyinə və məşqçilər korpusuna minnətdaram. Bildiyimə görə, bu xəbər azarkeşlər tərəfindən də xoş qarşılanıb. Əlbəttə, bu, məni ikiqat sevindirir və həvəsləndirir. Mən də öz növbəmdə əlimdən gələni etməliyəm ki, bu etimadı doğruldum və "Neftçi”yə fayda verim”.

Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirən Hacıyev azarkeşləri Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də Macarıstanın "Uypeşt” klubu ilə "Dalğa Arena”da keçiriləcək oyunda komandaya dəstək olmağa çağırıb: "Təlim-məşq toplanışında hər şey plan üzrə gedir. Hiss edirik ki, gündən günə daha da yaxşı formaya düşürük. Hər iki yoxlama oyununda qələbə qazanmışıq. Təbii ki, bu, bizi sevindirir, amma yoxlama görüşlərində nəticə vacib deyil. Əsas odu ki, baş məşqçi heyəti komplektləşdirsin. Vacib oyunumuz "Uypeşt”ə qarşı olacaq. Həmin görüşə böyük həvəslə hazırlaşırıq. Yeri gəlmişkən, bu oyuna bütün azarkeşlərimizi dəvət edirəm. Onların dəstəyinə çox ehtiyacımız var. Biz də öz növbəmizdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right