"Heç bir rəqibdən çəkinmirik" - Vüqar Məmməd

19 yaşadək futbolçulardan ibarət milli komandamız Bakıda təlim-məşq toplanışı keçirəcək.

Newsport.az-ın məlumatına görə, iyulun 5-dən 27-dək davam edəcək toplanışa baş məşqçi Vüqar Məmməd 24 futbolçu çağırıb. Mütəxəssis toplanışöncəsi fikirlərini bildirib: "Bu toplanış digərlərindən fərqlidir. Məsələ burasındadır ki, toplanışa dəvət olunanlar demək olar ki, millinin əsas heyətini formalaşdıracaq futbolçulardır. Toplanış həm Sankt-Peterburqda keçiriləcək Qranatkin turnirinə, həm də Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Qranatkin turnirin olması Avropa çempionatından əvvəl bizim üçün önəmli beynəlxalq turnir olacaq". 

Mütəxəssis Avropa Çempionatındakı rəqiblər barədə də danışıb: "Avropa Çempionatında Gürcüstan, İsrail və Lixtenşteynlə mübarizə aparacağıq. Gürcüstan və İsrailin oyunlarını məşqçi heyətimizlə birgə analiz etmişik, gedib oyunlarına canlı da baxmışıq. Yalnız Lixtenşteynin oyunlarının diskləri hələ əlimizə çatmayıb. Amma onlar haqqında da məlumatlıyıq. Real duruma baxsaq, heç bir rəqibdən çəkinmirik və onlarla başabaş mübarizə aparmaq gücündəyik. Bütün futbolçulara inanıram və uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, 19 yaşlı futbolçulardan ibarət millimiz 15 iyulda “Keşlə” (əvəzedici), 18 və 21 iyulda “Qəbələ” (əvəzedici), iyulun 24-də MOİK, 27 iyulda isə “Şüvəlan”la yoxlama oyunları keçirəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right