"Zirə" FİFA-ya şikayət edir

Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən "Zirə" Riçard Qadze ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, qanalı hücumçunun başa çatan müqaviləsi qarşılıqlı razılıq əsasında uzadılmayıb.

"Zirə" kamerunlu müdafiəçi Jozef Bumu isə FİFA-ya şikayət etməyə hazırlaşır. Mövsümün əvvəlində gələn və 1+1 illik müqavilə bağlayan futbolçu ilə sözləşməsinin uzadılıb-uzadılmaması hüququ kluba məxsusdur. Ancaq ailə problemlərini səbəb göstərən Bum hələ də komandanın düşərgəsinə qayıtmayıb. Onun "Zirə"də oynamaq istəmədiyi bilidirilir. Məhz bu səbəbdən klub rəhbərliyi yaxın günlərdə məsələ ilə bağlı hüquqi addımlar atacaq.

Aleksandr Dedov və Sadio Tounkara isə artıq komandanın hazırlığına qoşulublar.

 Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right