Millimizin Bakı toplanışı üçün 24 futbolçu

19 yaşadək futbolçulardan ibarət milli komandamız Bakıda təlim-məşq toplanışı keçirəcək.

Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 5-dən 27-dək davam edəcək toplanışa baş məşqçi Vüqar Məmməd 24 futbolçu çağırıb.  U-19 hazırlıq müddətində 5 yoxlama oyunu keçirəcək.

Oyunların və toplanışa dəvət olunan futbolçuların siyahısını təqdim edirik.

15 iyul. U-19 – “Keşlə” (əvəzedici)

18 iyul. U-19 – “Qəbələ” (əvəzedici)

21 iyul. U-19 – “Qəbələ” (əvəzedici)

24 iyul. U-19 – MOİK

27 iyul. U-19 – “Şüvəlan”
 

 

Nicat Möhbəliyev, Ayxan Arazlı, İbrahim Hüseynov, Rauf Hüseynli, Bəşir Ayralov, Turan Vəlizadə, Rüfət Abdullazadə, Elvin Cəfərquliyev, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Əmrah Zülfüqarlı, Vüsal Məsimov, İdris İnqilablı, Rüstəm Nuriyev, Şakir Seyidov, Kamran Quliyev (hamısı “Qəbələ”), Nail Alışov, Seymur Əliyev, Elcan Hafizli (hamısı “Neftçi”), Zahid Mərdanov, Elçin Mustafayev, Emil Qasımov (hamısı “Sabah”), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya), Hüseyin Əhmədov (“FK Qelios”, Xarkov, Ukrayna). 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right