"Qol vurmağım mənə ikiqat sevinc hiss yaşatdı" - Dario Frederiko

“Neftçi”nin yeni transferləri Dario Frederiko Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilmiş Rumıniyanın "Dunarea Kalarası” klubu ilə yoxlama oyunundan (2:0) sonra klub televiziyasına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, oyunda hesabı açan braziliyalı futbolçu bunları söyləyib: "Təlim-məşq toplanışımızın ikinci matçı idi. Qol vurmağım mənə ikiqat sevinc hiss yaşatdı. Əsas odu ki, komandamız oyundan oyuna daha da yaxşı çıxış edir. Bu oyun tərzimizi davam etdirib, daha da yaxşılaşdırmağa çalışmalıyıq. Artıq öz oyunumuzu tapmağa başlamışıq. Növbəti qarşılaşmalarda bundan da yaxşı oyun nümayiş etdirəcəyik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right