Roberto Bordin: "Nəticədən və komandanın oyunundan razı qaldım"

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilmiş Rumıniyanın "Dunarea Kalarası” klubu ilə yoxlama oyunundan (2:0) sonra klub televiziyasına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis oyunla bağlı bunları söyləyib:

"Yaxşı oyun oldu. Futbolçular matça ilk dəqiqələrdən köklənmişdilər, ehtiyatlı oynadılar. Şadam, amma bəzi şeyləri yaxşılaşdırmaq lazımdır ki, biz də bunu edəcəyik. Qol epizodlar yaratdıq, amma onları daha yaxşı yekunlaşdırmalıydıq. Bununla belə, nəticədən başqa, komandanın oyunundan da razı qaldım”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right