"Öz gələcəyimi "Qarabağ"da görmədim"

Mövsümün sonunda “Qarabağ”ın U-19 komandasından ayrılan Yaroslav Deda gedişinin səbəbini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, ukraynalı hücumçu bildirib ki, Ağdam klubunda qalmaqğı özü istəməyib:

“Artıq “Qarabağ”dan ayrılmışam. Bu komandada öz gələcəyimi görmədiyim üçün belə bir addım atdım. Onlar məni göndərmədilər, özüm getdim. Mənə “getmə, qal dedilər, demədilər”, bu haqda nəsə danışmaq istəmirəm. Artıq hər şey keçmişdə qaldı. Hər hansı şərhə ehtiyac duymuram”.

Qeyd edək ki, Deda ötən mövsümün əvvəlində komandaya cəlb olunmuşdu. “Qarabağ”ın UEFA Gənclər Liqasında bütün qollarını məhz Deda vurmuşdu.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right