“Keşlə” artıq Türkiyədədi Rəqiblər bəlli oldu

Bakı toplanışını başa vuran “Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hazırlığını davam etdirmək məqsədilə bu gün Türkiyəyə yollanıb.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu Kızılcahamam vilayətindəki “Patalya” otelində məskunlaşıb.

Komanda sabah səhər ilk məşqə çıxacaq. İyul ayının 10-dək davam edəcək təlim-məşq toplanışında “Keşlə” 3 yoxlama matçı keçirməyi planlaşdırır. Komanda ilk yoxlama matçını Bolu vilayətində Bosniya və Herseqovinanın "Çelik” (Zeniça) komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

İkinci yoxlama matçında rəqibimiz “Levadiya” komandası olacaq. Estoniya təmsilçisilə qarşılaşma Bakı vaxtı ilə 17:00-da başlayacaq.

Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da keçiriləcək. Bu dəfə komanda İranın “Traktorzasi” komandası ilə üz-üzə gələcək. Oyunun başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right