"Qəbələ" 8-ci günü 1 məşqlə başa vurdu

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” Sloveniya toplanışının 8-ci gününü başa vurub. Komanda günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular öncə fiziki təmrinləri, ardınca əsasən toplu çalışmaları yerinə yetirib.

Xatırladaq ki, “Qəbələ” iyunun 28-də növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Sloveniya toplanışı çərçivəsindəki ikinci matçında Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right