Şehiç "Qarabağ"ın düşərgəsində: "Ürəyim bu komanda ilə döyünəcək”

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın düşərgəsində xoş sürpriz baş verib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandadan ayrılan İbrahim Şehiç Ağdam təmsilçisinin məşqinə gedərək, futbolçu və məşqçi heyəti ilə görüşüb.

Görüş zamanı Şehiç klubun saytına açıqlama verib:

"Qarabağ"  mənim ailəmdir, burada çox möhtəşəm illər keçirmişəm. Klubdan ayrılanda bir çoxları ilə  görüşə bilməmişdim. Ona görə gəlib onlarla görüşməyi özümə mənəvi borc bildim. Hansı klubda çıxış etməyimdən asılı olmayaraq, hər zaman "Qarabağ"ı dəstəkləyəcəm, ürəyim bu komanda ilə  döyünəcək".


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right