Emil Balayev Superliqaya gedir - 600 min avroya...

Azərbaycan millisinin qapıçısı Emil Balayev yenidən legioner həyatı yaşaya bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Ərzurumspor” klubu “Səbail”in qolkiperi ilə maraqlanır. Uzun fasilədən sonra Superliqada iştirak hüququ qazanan ərzurumlular bütün mövqeləri gücləndirmək niyyətindədi.

Türklərin “azəri Buffon” ləqəbi ilə təqdim etdikləri Emilin transfer qiyməti də “Ərzurumspor”u qane edir. Belə ki, 24 yaşlı qolkiperin 500-600 min avro müqabilində transferinin mümkünlüyü vurğulanıb. Həmkarlarımız Balayevin “Səbail”dən ayrılmaq qərarına gəldiyini, bu üzdən keçidin daha ucuz qiymətə baş tutma ehtimalının olduğunu yazıblar. Xəbərdə onunla İtaliya klublarının maraqlandığı da qeyd edilir.

Emil Balayev 2015/16 mövsümünü “Ayntraxt”da keçirərək, ilk dəfə legioner həyatı yaşayıb. Onun “Səbail”lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right