"Qəbələ"nin yeni transferi

"Qəbələ" Albaniyanın "Skenderbeu"dan nigeriyalı hücumçu Ceyms Adeniyini ilə 3 illik müqavilə imzalanıb.

Newsport.az-ın məlumatına görə, Nigeriyanın U-17 yığmasında çıxış etmiş 26 yaşlı hücumçu 2012-ci ildən Avropada legioner həyatı yaşayır. 20 yaşında Albaniyaya yollanan Ceyms 6 il bu ölkə klublarının formasını geyinib. O, 2012-2013-cü illərdə “Byulis”də çıxış edib. Hücumçu 2013-cü ilin ilk yarısını icarə əsasında “Tomori”də keçirib. 2014-cü ilin əvvəlində “Laçi” ilə anlaşan Adeniyi 2 il bu komandanın uğurları üçün çalışıb. Nigeriyalı legioner son 2,5 ili “Skenderbeu”da çıxış edib. Albaniya karyerasında 2 çempionluq, 2 kubok və 1 Superkubok qazanan afrikalı hücumçu bu müddətdə 216 oyunda 76 qol vurub. O, Superliqada 51 (170 oyun), kubokda 19 (26), Superkubokda 2 (2), avrokuboklarda 4 (18) dəfə rəqib qapılarına yol tapıb.

Sportal.az Ceyms Adeniyinin performansından hazırlanmış videonu təqdim edir:

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right