"Qarabağ"ın Avstriyada 2-ci heç-heçəsi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ikinci yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə,  Qurban Qurbanovun komandası yerli “Vakker İnsbruk”la qarşılaşıb. Bakı vaxtı ilə saat 20:30-da başlayan matçda hesab açılmayıb.

Qeyd edək ki, son mövsümdə 1-ci divizionun qalibi olan “Vakker İnsbruk” Bundesliqaya vəsiqə qazanıb.

Xatırladaq ki, "Qarabağ" Avstriyada ilk yoxlama görüşündə "Ludoqorets"lə (Bolqarıstan) bərabərə qalıb - 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right