“Keşlə” – Kamran Ağayev düyünü çözüldü: Qərar verildi!

Azərbaycan milli komandasının üzvü Kamran Ağayev gələn mövsüm oynayacağı komandanı müəyyənləşdirib. 

Newsport.az-ın məlumatına görə, millimizin kapitanı “Keşlə” klubunda razılıq verib.

Bu günə qədər təcrübəli əlcək sahibinin komandadakı taleyi qeyri-müəyyən idi. Çünki 32 yaşlı qolkiper komanda ilə birgə məşqlərdə iştirak etmirdi. Artıq tərəflər arasında razılıq əldə olunub.  Onunla yaxın günlərdə 1 illik sözləşmə imzalandığı rəsmən açıqlanacaq.

Bununla da, ölkəmizi Avropa Liqasında təmsil edəcək klub heyətinin özəyini qoruyub saxlamağı bacarıb.  Komandadan yalnız Məqsəd İsayev, Pablo Podio, Qara Qarayev və Nemanya Stoyanoviç göndərilib. 

Qeyd edək ki, Kamran Ağayev “Keşlə”yə Çexiyanın “Mlada” (Boleslav) klubundan transfer olunub. O, ötən mövsüm paytaxt təmsilçisinin heyətində 9 oyun keçirib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right