"Qarabağ"ın ikinci oyununun başlama saatı açıqlandı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın ikinci yoxlama oyununun başlama saatı müəyyənləşib.

Newsport.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə,  yerli "Vakker İnsbruk"a qarşı keçirilən matç sabah Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" Avstriyada ilk yoxlama görüşündə "Ludoqorets"lə (Bolqarıstan) bərabərə qalıb - 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right