Xorvatiyalı yarımmüdafiəçi rəsmən "Neftçi"də

Transfer çalışmalarını davam etdirən "Neftçi” daha bir futbolçu ilə heyətini gücləndirib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna qədər "Neftçi”nin uğurları üçün çalışacaq. Yeni futbolçu komandanın heyətində 6 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, Qoran Paratskinin son klubu Avstraliyanın "Vellinqton Feniks” klubu olub. O, ölkəsinin gənclər yığmalarında forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right