"Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu" - Zeynal Zeynalov

Çimərlik futbolu üzrə Avropa Liqasında (Euro Beach Soccer League Baku 2018) bu gün Belarus yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalovun oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, komandamızın 1:4 hesablı məğlubiyyətini belə şərh edib:

“Rəqib səviyyə baxımından bizdən üstün idi. Çalışdıq mübarizə aparaq və bu müəyyən qədər alındı. Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu. Buna görə heç kimi qınamıram. Futbolda səhvlər qaçılmazdı. Komandamdan narazı deyiləm. Portuqaliya ilə oyunda qələbə qazanmağa çalışacağıq. Biz A divizionunda yeniyik və burdakı komandaların səviyyəsi fərqlidi. Üstəlik, hər bir oyun bizim üçün əlavə motivasiyadı. Ona görə də, Portuqaliyaya qarşı komandanı xüsusi motivasiya etməyə ehtiyac yoxdu. Rəqibin adı, eləcə də oyunların doğma meydanda keçirilməsi qələbə qazanmağımız üçün əsas stimul olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right