“Qəbələ” Rauf Əliyevin sabiq klubuna qarşı

Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ” klubu bu gün ilk yoxlama oyununa çıxacaq.
 
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar” mövsümlərarası fasilədə ilk beynəlxalq görüşünü keçirəcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın "Kukesi” klubu ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Səfər öncəsi "Qəbələ" Bakıda MOİK-lə matçda 1:1 hesablı heç-heçə edib.  
 
Bu oyun isə komandanın Sloveniyada ümumilikdə 10-cu qarşılaşmasıdır. 2012-ci və 2014-cü illərdə də yay təlim-məşq toplanışını bu ölkədə keçirən "qırmızı-qaralar” ümumilikdə 8 yoxlama oyununda qüvvəsini sınayıb. "Qəbələnin Sloveniyadakı daha bir oyunu Avropa Liqasının "Maribor”la duelinə təsadüf edib.
 
"Qəbələ” Albaniya təmsilçisi ilə indiyədək 1 yoxlama oyunu keçirib. 2017-ci ilin qışında Türkiyə toplanışında olan "qırmızı-qaralar” "Partizani” ilə üz-üzə gəlib. Yoxlama matçında albaniyalılar qalib gəlib – 2:1.
 
"Kukesi” 1930-cu ildə yaranıb. Eyniadlı şəhəri təmsil edən komanda 88 illik tarixinin böyük hissəsini aşağı liqalarda keçirib. 2012-ci ildə Superliqada debüt edən rəqibimiz burada 6 mövsüm mübarizə aparıb. "Kukesi” bu qısa müddətdə daimi mükafatçı imicinə yiyələnib. Komanda Superliqada keçirdiyi bütün çempionatları ilk "üçlük”də tamamlayıb. İlk üç mövsümdə (2012/13, 2013/14, 2014/15) qazanılan ardıcıl gümüş medallardan sonra bürünc (2015/16) və çempionluq (2016/17) da əldə edilib. 2017/18 mövsümündə yenidən gümüşə sahib çıxan "Kukesi” UEFA Avropa Liqasına yüksəlib. Aktivində ölkə kuboku (2015/16) və Superkuboku (2016) da olan kukesililər son 5 mövsümdə də avrokuboklarda mübarizə aparıb. Komandanın ən böyük uğuru UEFA Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləməkdir.
 
Qeyd edək ki, "Qəbələ”nin hücumçusu Rauf Əliyevin son klubu "Kukesi” olub. O, ötən mövsümün ilk yarısında çıxış etdiyi komandada keçirdiyi 17 matçda 4 qol vurub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right