Millimizin baş məşqçisi: “Üçüncü qoldan sonra sanki Fransa yığması dayandı”

Çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində Fransa yığması ilə qarşılaşan Azərbaycan milli komandasının baş məşqçisi Zeynal Zeynalovun oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, komandamızın 4:1 hesablı qələbəsini belə şərh edib:

“Oyun bərabər səviyyədə keçdi. Vurduğumuz qollar qarşılaşmanın taleyini xeyrimizə həll etdi. Düzdü, hesab 2:1 olanda müəyyən gərginlik yarandı, amma fərqi vaxtında artırmağı bacardıq. Üçüncü qoldan sonra sanki Fransa yığması dayandı.

Növbəti oyunda Belarus, sonra isə Portuqaliya millisi ilə qarşılaşacağıq. Hər iki komandanın oyununu izləmişəm. Portuqaliya bu gün ustalıq səviyyəsinə görə Belarusu məğlub etdi. Bizi iki çətin oyun gözləyir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right