Yeni rəhbərlik İsayevi "Neftçi"yə qaytardı

17 yaşlılardan ibarət millinin keçmiş baş məşqçisi Mirbağır İsayevin yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə7 ay öncə yığmadan ayrılan təcrübəli mütəxəssis bundan sonra «Neftçinin ğurları üçün çalışacaq.

O, paytaxt təmsilçisinin 16 yaşlılardan ibarət komandasının sükanı arxasına keçib. Onunla bağlanılan müqavilənin müddəti 1 ildi. 

«Ağ-qaralar» ötən mövsümü Zaur Seyidovun rəhbərliyi altında başa vurub. Amma necə?! AZAL-dan gələn məşqçi komandanı 8-ci pillədə təhvil verib.

Əlbəttə, İsayev bura boş yerə gəlməz. Gəlməyə razılaşıbsa, deməli, müəyyən işlər görəcək. Niyə də yox? O, uşaq və gənclər futbolu üzrə ixtisaslaşmış kadrdı. Vaxtilə U-17 2 dəfə onun rəhbərliyi altında Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb.

2011-ci ildə «Abşeron»u I Divizionun çempionu edən İsayevin təyinatı göstərir ki, «Neftçi»nin yeni rəhbərliyi akademiyanın inkişafına xüsusi diqqət ayırıb. Bu mənada, hər iki tərəfin uğurlu seçim etdiyini söyləyə bilərik.

Belə də ki, «Neftçi» İsayevin doğma klubudu. Bir zamanlar futbolçu kimi formasını geyinib, daha sonra məşqçi korpusunda yer alıb. Əsas komandada Qurban Qurbanovun köməkçisi olub (2006). Həmçinin əvəzedici heyəti çalışdırıb (2010)

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right