“Qarabağ”dan ayrılan futbolçunun “Sumqayıt”a keçidi baş tutmadı

Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq üzvü Arif Daşdəmirovun “Sumqayıt” klubuna keçidi baş tutmayıb.

Newsport.az saytının məlumatına görə, tərəflər arasında ilkin danışıqlar olsa da, yekunda müqavilə imzalanmayıb. Müdafiəçinin karyerasını hansı klubda davam etdirəcəyi hələlik, müəyyənləşməyib.  

Qeyd edək ki, 31 yaşlı oyunçu karyerası ərzində "Şahdağ", "MKT Araz", "Masallı", AZAL, "Standart" (Sumqayıt), "Qəbələ" və "İnter" (İndiki "Keşlə") kimi komandalarda forma geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right