"Macarıstan futbolunun nə qədər güclü olduğunu bilirik" Ruslan Abışov

"Neftçi"nin kapitanı Ruslan Abışov UEFA Avropa Liqasının ilk təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Newsport.az-ın məlumatına görə,  Macarıstanın "Uypeşt” komandasını güclü komanda adlandırıb:


"Uypeşt” haqqında ətraflı məlumatımız yoxdu, amma əminəm ki, yaxın günlərdə məşqçi heyətimiz bizi bütün lazım olan informasiya ilə təmin edəcək. Düzdür, biz hər halda Macarıstan futbolunun nə qədər güclü olduğuna bələdik. Belə güclü çempionatdan Avropa Liqasına vəsiqə qazanan komanda zəif ola bilməz. Ümid edirəm ki, təlim-məşq toplanışı bizim üçün xeyirli olacaq və biz toplanışın faydasını Avropa Liqasında görəcəyik”.

Xatırladaq ki, "Uypeşt”ə qarşı ilk oyun iyulun 12-də Bakıda, cavab oyunu iyulun 19-da Uypeştdə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right