"Neftçi"nin növbəti məşqi

Avropa Liqasının birinci təsnifat mərhələsinə hazırlığını davam etdirən "Neftçi” bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında növbəti məşqləri keçirib.

Newsport.az-ın məlumatına görə, səhər məşqində üstünlük fiziki çalışmalara verilsə də, axşam məşqində komanda daha çox topla işləyib. Hazırlıq prosesində komandanın bütün üzvləri iştirak edib.

Qeyd edək ki, hazırlığın ilk mərhələsi iyunun 22-də başa çatacaq və komanda Türkiyəyə yola düşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right