"Neftçili Yay Futbol Düşərgəsi"ndə 1-ci qrupa yekun vuruldu

"Neftçi” PFK-nın "Neftçili Yay Futbol Düşərgəsi”ndə 1-ci qrupa yekun vurulub.

Newsport.az-ın məlumatına görə, AFFA-nın, Təhsil Nazirliyinin, "Məktəblinin dostu” layihəsinin və "ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə məktəblilər arasında keçirilən tədbirdə səhər proqramından sonra mükafatlandırma mərasimi baş tutub. Uşaqlara sertifikatları və hədiyyələri "Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Səməd Qurbanov təqdim edib.

Qeyd edək ki, sabah "Neftçili Yay Futbol Düşərgəsi”ndə 2-ci qrupa start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right