Rauf Əliyev "Qəbələ"də ilk qolunu vurdu

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqları çərçivəsində ilk yoxlama oyununu keçirib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Qəbələdə təşkil olunan təlim-məşq toplanışını başa vurub, Bakıya gələrək MOİK-lə qarşılaşıb.

Baş məşqçi Sənan Qurbanov paytaxt təmsilçisi ilə görüşdə aşağıdakı “11-liy”ə şans verib: Dmitri Bezotosnı, Amin Seydiyev, Vojislav Stankoviç, Bəhlul Mustafazadə, Rasim Ramaldanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Stiven Monroz, Rauf Əliyev, Roman Hüseynov. İkinci hissədə Abbas Ağazadə, Xəyal Əmirli və Aqil Məmmədov da meydana daxil olub. 

Matçda hesabı paytaxt təmsilçisi açıb. MOİK-in heyətində Elmir Tağıyev fərqlənib. “Qəbələ”nin bərabərlik qoluna Rauf Əliyev imza atıb. Hücumçu penalti zərbəsini dəqiq yerinə yetirib – 1:1.

Xatırladaq ki, mövsümlərarası hazırlıq prosesinə iyunun 12-də Qəbələdə başlayan “qırmızı-qaralar” ayın 20-də Sloveniya təlim-məşq toplanışına start verəcək




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right