“Neftçi”yə buna görə gəldim" Baqali Dabo

"Mənim üçün əlamətdar transfer oldu. Çünki “Neftçi” proyekt hazırlayıb və mənim də burada olmağım sevindiricidir. Düşünürəm ki, bu, uğurlu layihə olacaq".

 

Newsport.az xəbər verir ki, bu sözləri "Qəbələ"dən ayrılaraq, "Neftçi"yə transfer olan Baqali Dabo deyib. 29 yaşlı hücumçu bildirib ki, "Qəbələ" ilə müqaviləni uzatmaq barəsində razılıq əldə edib, lakin sonrada şərtlərlə razılaşmayıb: "Əvvəlcə razılıq oldu. Ancaq bəzi şərtlərlə sonradan razılaşmadım. Agentimlə danışdım və “Neftçi”yə gəlməyə qərar verdim".

 

Fransalı qolçu paytaxt klubuna çempionluq yaşamaq üçün gəldiyini deyib: “Neftçi” mövsümün son oyunlarında yaxşı çıxış etdi və 3-cü yeri tutdu. Komanda 2-ci yeri də tuta bilərdi, amma bu da yaxşı nəticədir. “Qəbələ”də qalib ola bilməsək də, maksimum çalışdıq. “Neftçi”yə çempion olmaq üçün gəldim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right