"Neftçili Yay Futbol Düşərgəsi"ndə 2-ci gün

"Neftçi” PFK-nın "Neftçili Yay Futbol Düşərgəsi” davam edir. 

Newsport.az-ın məlumatına görə, AFFA-nın, Təhsil Nazirliyinin, "Məktəblinin dostu” layihəsinin və "ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə məktəblilər arasında keçirilən tədbirdə 1-ci qrupun 2-ci günü də maraqlı alınıb. Səhər proqramında futbol oynayıb, müxtəlif tapşırıqları yerinə yetirən uşaqlar nahar fasiləsindən sonra viktorinalarda qüvvələrini sınayıblar.

1-ci qrupa sabah yekun vurulacaq. Səhər proqramından sonra keçiriləcək mükafatlandırma mərasimində uşaqlara sertifikatları və hədiyyələri "Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Səməd Qurbanov təqdim edəcək.










Digər albomlar




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right