"Qəbələ" Çexiya klubu ilə qarşılaşacaq

Çexiyanın paytaxtı Praqada keçirilən “All Stars Cup” turnirində ikinci oyun gününə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası ikinci qrup mərhələsində 3 oyun keçirib. İspaniyanın “Barselona” klubuna 0:3, Rusiya “Zenit”inə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” Almaniya təmsilçisi “Herta”ya qalib gəlib - 1:0. Matçdakı yeganə qola Nemət Şıxəmirov imza atıb.

İlk iki mərhələnin yekununda 2 qələbə və 4 məğlubiyyəti olan komanda ümumi sıralamada 11-ci olub. “Qəbələ” cədvəldə “Zenit”, “Beşiktaş”, “Fastav Jlin”, “Dukla” kimi komandaları qabaqlayıb.

Bu gün 9-16-cı yerlər uğrunda mübarizə aparacaq “Qəbələ”nin ilk rəqibi Çexiya təmsilçisi “Fastav Jlin” olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right