"Qarabağ" Kintana ilə bağlı qərar verdi

"Qarabağ"la müqaviləsi başa çatan Dani Kintananın yeni mövsüm çıxış edəcəyi komanda bəlli olub.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçu Ağdam klubunda qalıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

 

Kintana 2015-ci ildən "Qarabağ"da çıxış edir. O, 2013-15-ci illərdə "Yaqelloniya"da çıxış edib və 56 oyuna 20 qol vurub.

 

Dani ötən mövsüm Premyer Liqada 20 oyuna 5 qol vurub, 5 assist edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right