“Qəbələ” MOİK-lə qarşılaşacaq

“Qəbələ” mövsümlərarası fasilədə hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" Qəbələdə gerçəkləşən təlim-məşq toplanışının 5-ci gününü başa vurub. Komanda iki dəfə məşq edib.

Sabah Qəbələ şəhər stadionunda baş tutacaq məşq prosesi ilə hazırlığın 1-ci mərhələsi başa çatacaq.

Ardınca Bakıya yollanacaq “Qəbələ” paytaxtda yoxlama oyunu keçirəcək. Komanda iyunun 18-də MOİK-lə üz-üzə gələcək. Qarşılaşma saat 11:30-da başlayacaq. “Qəbələ” iyunun 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right