"Neftçili Yay Futbol Düşərgəsi" start götürdü

Bu gün "Neftçi” PFK-nın "Neftçili Yay Futbol Düşərgəsi” start götürüb. AFFA-nın, Təhsil Nazirliyinin, "Məktəblinin dostu” layihəsinin və "ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə məktəblilər arasında keçirilən tədbir 3 qrupdan ibarət olacaq.

Newsport.az-ın xəbərinə görə, 1-ci qrupda tədbir iyunun 18-dək, 2-ci qrupda ayın 19-dan 21-dək, 3-cü qrupda isə 22-dən 24-dək baş tutacaq.

Düşərgədə hər qrupun ilk iki günündə səhər və günorta proqramına nahar yeməyi və müxtəlif müsabiqələr daxildir. Üçüncü gün isə düşərgədə iştirak edən uşaqlara "Neftçi” PFK tərəfindən sertifikatlar və hədiyyələr veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right