Ansi Aqolli: "Müqaviləmi 2 saniyəyə yenilədim"

Albaniya milli komandasının sabiq kapitanı Ansi Aqolli "Qarabağ" klubu ilə müqaviləsini yeniləməsindən danışıb. 
 
Newsport.az-ın məlumatına görə, 36 yaşlı müdafiəçi bu barədə şəxsi "Instagram"ında açıqlama verib. O deyib: "Müqaviləmi yeniləmək cəmi 2 saniyə vaxt apardı. İkinci evim olan "Qarabağ"da daha bir il keçirəcəyimə görə xoşbəxtəm".
 
Aqolli söz verib ki, əvvəlki 8 ildə göstərdiyi oyunu qarşıdakı mövsümdə də ortaya qoyacaq: "Yenə eyni performansı təkrarlamağa çalışacağam. Keçənilki uğurlarımızı təkrarlamaq və daha uğurlu bir mövsüm keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Forever "Qarabag".
 
Qeyd edək ki, 2010-cu ilin iyulundan "Qarabağ"da çıxış edən Ansi Aqolli ötən gün klubla müqaviləsini 2019-cu ilin iyununadək uzadıb. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right