"Neftçi" yeni transferini açıqladı rəsmi

"Neftçi" daha bir transferini həyata keçirib.
 

 

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı futbolçu Slavko Braliçlə 1 il müddətinə müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi 28 nömrəli formanı geyinəcək.

 

Sonuncu klubu "Şiroki Briyeq” (Bosniya və Herseqovina) olan Slavko Braliç Xorvatiyanın "Omladinas Vranyiç”, "Solin” və "Osiyek” komandalarında çıxış edib.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right