"Qəbələ", yoxsa "Neftçi"? Dabo seçimini etdi

Mövsümün sonunda “Qəbələ” ilə müqaviləsi başa çatan Baqali Dabo əyalət təmsilçisindən ayrılmayacaq.

Newsport.az-ın məlumatına görə, fransalı forvard yeni mövsümdə də “qırmızı-qaralar”ın formasını geyinəcək. 30 yaşlı futbolçu ilə bir müddətdir davam edən danışıqlar uğurlu alınıb. Hazırda istirahətdə olan Dabo ölkəmizə qayıtdıqdan sonra 1 illik yeni müqaviləyə imza atacaq.

Qeyd edək ki, təcrübəli hücumçu “Neftçi”dən də təklif almışdı. Buna baxmayaraq, o, sonda “Qəbələ”də qalmağı üstün tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right