Bordinin "Neftçi"də daha bir köməkçisi müəyyənləşdi

Yeni mövsümdə əsas komandaya rəhbərlik edəcək Roberto Bordinin daha bir köməkçisinin adına aydınlıq gəlib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsümdə də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilə 1 il müddətinə artırılıb.

İqor Getman 1991-1992, 1998-2007-ci illər ərzində "Neftçi”də çıxış edib, 236 oyun keçirib, 7 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 2004, 2005), ölkə kubokunun (1999, 2004) qalibi olan Getman müstəqillik dönəmində "ağ-qaralar"da ən çox oyun keçirən futbolçudur. O, 1995-2001-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda meydana çıxıb.

Bunadək də əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçisidir.

Qeyd edək ki, İqor Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da baş məşqçi Roberto Bordinə kömək edəcəklər.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah