"Sumqayıt"da yeni təyinat

Bu gün “Sumqayıt” Futbol Akademiyasının yeni 2018/2019 futbol mövsüm üçün iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, “Kapital Bank Arena”nın konfrans zalında baş tutan iclasda klubun İdman direktoru Zamiq Hüseynov və əsas komandanın baş məşqçisi Nazim Süleymanov da iştirak edib. Öncə akademiyanın baş koordinatoru vəzifəsinə təyin edilən Aqil Məmmədov məşqçi heyətinə təqdim olunub. Daha sonra növbəti mövsüm üçün akademiyanın iş prinsipi müəyyənləşdirilib, məşqçilərin fikir və təklifləri dinlənilib.

Qeyd edək ki, "Sumqayıt" FK-nın akademiyasına məşqçi təyinatları haqqında isə yaxın günlərdə məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right