Şeydayevin transferinin yubanma səbəbi bilindi

Millimizin futbolçusu Ramil Şeydayevin Avstriyanın “Mattersburq” klubuna keçidinin ləngimə səbəbi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Avstriya təmsilçisi 22 yaşlı hücumçunun transfer vərəqəsini gözləyir. Müqavilə ilə “Trabzonspor”a məxsus olan R.Şeydayevin transfer vərəqəsi göndərildikdən sonra Şeydayev rəsmən “Mattersburq”un oyunçusu olacaq. Avstriya mətbuatı bunun zaman məsələsi olduğunu yazıb.

Qeyd edək ki, R.Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right