"Qəbələ"nin müdafiəçisi "Sumqayıt"da

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda “Qəbələ”nin üzvü Yusif Nəbiyevi bir illik icarəyə götürüb.

Qeyd edək ki, Yusif Nəbiyev 2016/2017 mövsümündə də “Sumqayıt”ın şərəfini qoruyub. 20 yaşlı cinah müdafiəçisi 19 oyunda (1268 dəqiqə) 3 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right