"Azərbaycan kuboku qalib gəlmək istədiyim yeganə turnir idi" - Maksimov

"Keşlə”nin baş məşqçisi Yuri Maksimov "Komanda 1” saytının suallarını cavablandırıb.

Newsport.az həmin müsahibəni təqdim edir.

- Azərbaycan çempionatında fasilə yaranıb, müqavilənizin müddəti isə başa çatıb. Növbəti mövsümdə "Keşlə”dəki işinizi davam etdirəcəksiniz?

- Bəli. Azərbaycan çempionatının başa çatmasına bir ay qalmış klub prezidenti tərəfindən komandada işimi davam etdirməklə bağlı təklif gəldi. Biz bütün sualları müzakirə etdik və qarşılıqlı razılaşmaya gəldik. Nəticədə "Keşlə”də işimi davam etdirmək qərarına gəldik.

- Nə vaxt Azərbaycana qayıdırsınız?

- İyunun 20-də Azərbaycana dönəcəyəm. Bundan sonra daha bir mövsümlük müqaviləni rəsmiləşdirəcəyik.

- Belə çıxır ki, "Keşlə”dəki taleyiniz Azərbaycan Kubokunun finalında Roman Qriqorçukun komandasını 1:0 hesabı ilə məğlub etdiyiniz görüşün nəticəsindən asılı deyildi?

- Bəli, yeni müqavilə ilə bağlı söhbət finala qədər olmuşdu və həmin matçln nəticəsi klubdakı gələcəyimə təsir etmirdi. Amma Azərbaycan Kuboku - qalib gəlmək istədiyim yeganə turnir idi. Biz finala qədər irəliləmişdik və heç kim titulun bir addımlığında dayanmaq istəmirdi.

- Yerli mətbuat Azərbaycan Kubokunun finalında Maskimov – Qriqorçuk duelini "ukraynalıların qarşıdurması” şəklində gərginləşdirirdi?

- Xeyr. İlk növbədə, rəqabət "Keşlə” və "Qəbələ” arasında idi. Final ərəfəsində bu görüşün iki  ukraynalı məşqçinin derbisi olacağı formasında xüsusi vurğulanmasını hiss etmədim.
 
- Azərbaycan Kubokundakı qələbəni məşqçi karyeranızın ən önəmli nailiyyəti saymaq olarmı?

- Niyə? "Mordoviya" ilə Rusiya Premyer Liqasına vəsiqə qazanmışdıq. Fikrimcə, Rusiya I Divizionunun səviyyəsi yüksəkdir və orada çempionatın qalibi olmaq kifayət qədər çətindir.

- Gələn mövsüm də "Keşlə"də qalmağa hansı faktlar təsir etdi?

- İlk növbədə, bu komandada perspektiv görürəm. Futbolçuların özləri də inkişafa can atır, irəli gedir, əldə olunmuş nailiyyətlərlə kifayətlənmirlər. Digər tərəfdən, "Keşlə" Avropa Liqasının təsnifat mərhələsində oynamaq hüququ qazandı. Bu da gənc komandamız üçün böyük çağırışdır. Bütün bu faktlar Azərbaycanda qalmaq qərarıma təsirini göstərdi.

- Görmək istədiyiniz komandanı nə dərəcədə ərsəyə gətirə bilmisiniz?

- Bu proses həqiqətən də hələ davam edir, çünki komanda çempionatın gedişində cəmi 2 aya yaradılıb. Fikrimcə, istədiyimiz kollektivin görmək üçün heyətimizi bir neçə mövqeyə hardasa 4 legionerlə gücləndirmək və bir neçə yerli oyunçu dəvət etmək lazımdır.

- "Keşlə" Azərbaycan çempionatını 6-cı pillədə başa vurdu. Bu, komandanın maksimumu idi?

- Qışda gəldiyim vaxt komandanı birinci diviziona eniş zonasından cəmi bir addım ayırırdı və Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdılar. Bu səbəbdən, 6-cı yeri çempionatın müsbət sonluğu kimi qiymətləndirmək olar. Mövsümün ikinci yarısında çox layiqli çıxış etdik və topladığımız xallarla çempionatın 3 ən yaxşı komandasından biri olduq.

Yeni mövsümdə “Keşlə”nin hədəfləri olacaqmı?

- Əlbəttə. Mövsümün ikinci yarısındakı çıxışımız bizə ümid və yüksək yerlər uğrunda mübarizə perspektivi verir. Biz mütləq buna çalışacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right