"Neftçi"dən növbəti transfer rəsmi

"Neftçi”  daha bir transferini rəsmiləşdirib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, R. Eyubov ötən mövsümü "Sumqayıt”ın heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib.

Xatırladaq ki, "Neftçi” bundan əvvəl  müdafiəçi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right