"Heydər Əliyev Kuboku"nun iştirakçıları bəlli oldu

Bu il Naxçıvan Muxtar Respublikasında növbəti “Heydər Əliyev Kuboku” turniri təşkil ediləcək.

Newsport.az-ın məlumatına görə, ardıcıl 3-cü ildi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqası tərəfindən keçirilən yarışın açılış və bağlanış mərasimi xüsusi günə təsadüf edəcək.

Tədbir 15 iyun - Milli Qurtuluş Gününə təyin edilib (saat 17:30). Açılış mərasimində Elton və Cənubi Azərbaycanda çox tanınan Əli Pormehr iştirak edəcək. Eyni zamanda, müxtəlif səhnələrdən ibarət açılış mərasimi təşkil olunacaq. 

Turnirdə yerli “Araz Naxçıvan”la yanaşı, MOİK, “Zaqatala” və “Şüvəlan” klubları iştirak edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right