Azərbaycan klubu növbəti mövsümə Bolqarıstanda hazırlaşacaq

Premyer Liqa təmsilçisi "Səbail"in növbəti mövsüm üçün hazırlıq planı bəlli olub.

Newsport.az-ın məlumatına görə, komanda iki hissədən ibarət hazırlıq keçəcək. 

Hazırlığın ilk hissəsi Bakıda, ikinci hissəsi isə Bolqarıstanda baş tutacaq. Belə ki, paytaxt təmsilçisi iyunun 20-də Bakıda bir araya gələcək və iki həftə hazırlıq keçəcək. Hazırlığın ilk mərhələsi fiziki hazırlığa həsr olunacaq. 

Komandanın toplanışın ikinci hissəsi böyük ehtimalla, Bolqarıstanda reallaşacaq. Bayıl təmsilçisi ölkə xaricindəki toplanışı çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right