“Qazaxıstan məğlubiyyəti bizim üçün dərs oldu" - Maksim Medvedev

“Qazaxıstan məğlubiyyəti bizim üçün dərs oldu. Həmin səhvləri etmədik".

Newsport.az-ın məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Maksim Medvedev deyib. 

Müdafiəçi millimizin heyətində Latviyaya qarşı keçirdikləri yoldaşlıq matçı haqda danışıb. O, son ana qədər mübarizə apardıqlarını bildirib: "Canımızı qoyduq. Sona qədər vuruşduq və ən əsası, qolları vura bildik”.

Qeyd edək ki, millimiz Latviyanı 3:1 hesabı ilə məğlub edib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right