"Qazaxıstana məğlubiyyət təsadüfi idi" - Ruslan Abışov

"Qazaxıstan yığmasına məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdik".

Newsport.az-ın məlumatına görə, bu sözləri milli komandamızın üzvü Ruslan Abışov deyib.

Müdafiəçi millimizin heyətində Latviyaya qarşı keçirdikləri yoldaşlıq matçı haqda danışıb.  O, bir neçə gün öncə Qazaxıstana məğlub olduqları matçdakı nəticənin təsadüfi olduğunu bildirib: "Qazaxıstana 0:3 uduzmağımız təsadüfi idİ. Bəzi amillər var idi, biz ona hazır deyildik". 

Təcrübəli futbolçu oyunçuların Millətlər Liqasının startına qədər tam hazır olmasını arzulayır: "Qarşıda vacib oyunlar var. Ümid edirəm, sentyabra qədər hər kəs klubunda lazımi hazırlıq keçib milliyə hazır formada gələr”.

Qeyd edək ki, yığmamız Latviyanı 3:1 hesabı ilə məğlub edib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right